“HİNAL GROUP” olaraq tikinti-quraşdırma, layihələndirmə, təchizat və məsləhət xidmətləri üzrə fəaliyyətimizi uğurla həyata keçiririk. Hal-hazırda Azərbaycanda bir sıra dövlət qurumları və özəl şirkətlər ilə əməkdaşlığımız müvəffəqiyyətlə davam etdirilir.
Uğurumuzun əsas səbəbi yerli və xarici əməkdaşlardan təşkil olunmuş komandamızın beynəlxalq təcrübəsindən istifadə edərək qarşıya qoyulan hədəflərə çatmaq üçün ən optimal həll yollarını tətbiq etməklə nəticələrə çatmaqdır. Nəzərinizə çatdırmaqdan məmnunluq hissi duyuruq ki, “HİNAL GROUP” Türkiyə, Almanya, Gürcüstan, Hindistan və Çin mənşəli şirkətlər ilə sıx əməkdaşlıq edərək onların əldə etdiyi uğurların inkişaf edən Azərbaycan iqtisadiyyatına töhfə verməsi üçün yorulmadan təşəbbüs göstərir.
Hədəfimiz növbəti 5 ildə adını daşıdığımız Hinaldağ zirvəsi kimi ucalara yüksəlmək və qazandığımız təcrübə, yerli və xarici əməkdaşlarımızın dəstəyi ilə ölkəmizi xarici ölkələrdə layiqli təmsil etmək və malik olduğumuz dəyərlərimizi həmin ölkələrdə tərənnüm etdirməkdir.
